Kamal Abdulladan I kurs tələbələrinə maraqlı jest

Azərbaycan Dillər Universitetinin rektoru, Kamal Abdulla bu gün I kursa qəbul olmuş tələbələrlə keçirdiyi görüşdə maraqlı təşəbbüslə çıxış edib.
Moderator.az xəbər verir ki, görüşdə rektor bildirib ki, tələbələrin mağazalardan aldıqları kitabların pulu universitet tərəfindən ödəniləcək. Bunun üçün tələbələr kitab mağazasından aldığı qəbzləri universitetə təqdim etməlidirlər. Rektorun bu təşəbbüsü tələbələr tərəfindən alqışlarla qarşılanıb.
Share: