Jirinovski Saakaşvilini Leninə bənzətdi

Mixail Saakaşvili rəngli inqilabların Leninidir.

Müstəqil.Az xəbər verir ki, bunu Vesti FM-ə müsahibəsində Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.

“Ona təəssüflənmək lazımdır. Saakaşvili bütün rəngli inqilabların təşkilatçısıdır. Onun nəzəriyyəçisi Şarp bir müddət əvvəl öldü, Saakaşvilini isə Nobel mükafatına təqdim etmək lazımdır. O praktikdir, o, rəngli inqilabların Leninidir”, – deyə o bildirib.

Müstəqil.Az

Share: