İraqda internet fenomenini qətlə yetirib videoya çəkdilər

İraqın paytaxtı Bağdadda model və internet fenomenlərinə qarşı qanlı cinayətlərin ardı-arası kəsilmir.

Teleqraf.com xəbər verir ki, cinayətlərin son qurbanı 15 yaşlı Hamudi el-Mutayiridir. ‘Instagram şahzadəsi’ ləqəbi ilə məşhur olan gənc fenomen evinə gedərkən naməlum şəxslər tərəfindən qaçırılaraq öldürülüb.

Seksual baxışlarından dolayı dolayı öldürülən el-Mutayirinin can verərkən videosunun sosial şəbəkədə paylaşılması böyük nifrət və təpkilərə yol açıb. Feysbuk gəncin ölümü ilə bağlı açıqlama yayıb.

Qeyd edək ki, ötən ay İraqda “iraqlı Barbie” ləqəbli model Refif el-Yaseri və digər model Reşa el-Hasan qətlə yetirlib. Daha sonra İraq gözəli Tara Faris də Bağdadda avtomobilində öldürülüb.

3 aydır davam edən oxşar cinayətlər digər modellərin və sosial şəbəkə fenomenlərinin ölkəni tərk etmələrinə səbəb olub.


Müəllif: Teleqraf.com
Share: