İndoneziyadakı zəlzələdə 420 insan öldü

İndoneziyanın Palu şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıb. Müstəqil.az xarici mediaya istinadən xəbər verir ki, Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə milli idarənin rəhbəri 420 nəfərin həyatını itirdiyini açıqlayıb.

 

Məlumata görə, bu rəqəm yalnız Palu şəhərində ölənlədir. Digər şəhərlərdə həlak olanların sayı hələ dəqiqləşdirilməyib.

 

Qeyd edək ki, dünən Sulavesi adasında 6.1 bal gücündə zəlzələ baş verib. Bunun ardınca bir neçə afterşok qeydə alınıb, ən güclüsü 7.4 bal gücündə olub. Daha sonra Palu şəhərində 2 metr hündürlüyü olan sunami baş verib.

Share: