İndoneziya ikinci böyük zəlzələ…

İndoneziya ikinci dəfə təbii fəlakətlə üz-üzə qalıb.

Müstəqil.az xəbər verir ki, ölkənin şərqində yerləşən Lombok adasında baş verən 7 ballıq dağıdıcı zəlzələdən sonra ikinci dəfə 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

İndoneziya Meterologiya, İqlim və Geofizika Qurumundan verilən məlumata görə, Lomok adasının 6 km şimal-qərbində meydana gələn zəlzələnin dərinliyi 12 km olub.

Təbii hadisə ilə bağlı ölü və yaralı sayı, həmçinin, sunami xəbərdarlığı verilməyib.

Milli Fövqəladə Hallar Agentliyinin sözçüsü Sutopo Purvo Nuqroho bazar günü eyni bölgədən əmələ gələn zəlzələdən sonra təxliyə edilən 156 000-dən çox insanın qida və təmiz suya ehtiyacı olduğunu, lakin yardımların hələ də bölgəyə çatdırılmadığını bildirib.

Qeyd edək ki, ilk zəlzələ zamanı 500 nəfər yaralanmış, 156 000-dən çox insan yaşadığı evdən təxliyə edilmişdi.

Müstəqil.Az

Share: