İlham Əliyev indoneziyalı həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Prezidenti Coko Vidodoya başsağlığı məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Sulavesi adasında baş vermiş təbii fəlakətin çoxsaylı insan tələfatı və dağıntılar törətməsi barədə xəbərdən son dərəcə kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

Share: