Gürcüstan parlamenti “xarici təsir” qanununa qoyulan vetonu ləğv edib – FOTO

Gürcüstan parlamenti prezident Salome Zurabişvilinin “xarici təsir” haqqında qanuna veto qoymasını səs çoxluğu ilə ləğv edib.

xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

83 deputat vetonun ləğvinin lehinə, 4 nəfər isə əlehinə səs verib.

***

14:20

Gürcüstan parlamenti Prezidentin mübahisəli “xarici təsir” qanununa qoyduğu vetonun ləğvini müzakirə edir.

-nın Tbilisi mübxiri xəbər verir ki, parlamentin gün ərzində səsvermə keçirməsi gözlənlir.
Müzakirəyə parallel olaraq parlament binasının ətrafında etiraz aksiyası keçirilir. Binanın girişinə toplanan etirazçılar hakim “Gürcü Arzusu” partiyası və təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi əleyhinə müxtəlif şüarlar səsləndirirlər.

Share: