Ağdaşda silahlı insident, müəllim öldürülüb

Ağdaş rayonunda idman müəllimi öldürülüb.
“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndi ərazisində baş verib.
İlkin məlumata görə, Ağdaş şəhər sakini, idman müəllimi Nizami İsmayılov həmkəndliləri tərəfindən tüfənglə vurularaq öldürülüb. Hadisənin şəxsi zəmində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Əlavə məlumat veriləcək.
 Müstəqil.Az

Share: