General ömrünün “Sumqayıt dönəmi”…

General ömrünün “Sumqayıt dönəmi”…

Azad Abdullayev- 50

Onun adı fars mənşəli olub, əsasən “özgür”, “sərbəst”, “müstəqil” və “heç kəsdən asılı olmayan” mənalarını ifadə edir. Eyni zamanda, heç bir əngələ və ya məhdudiyyətə sığmayan, əsarətdən qurtulan kimi yozulur. O, 1976-cı ildə iyun ayının ikinci həftəsinin çərşənbə günündə dünyaya gəlib. Həmin gün ayın 9-u olub…
Xarizmatik adamdır. Güclü intellektual marağı onu yeni təcrübələr qazandırır və ideyaları araşdırmağa sövq edir. Odur ki, həmişə öyrənməyə çalışır. Yaxşı nitq qabiliyyəti var. Səlist danışmağı bacarır və daim öyrənmək həvəsi onu çox vaxt uğurlu edir. Həm öyrənməkdə, həm də öyrətməkdə mahirdir. Səmimiyyəti və ünsiyyət qurmaq bacarığı ilə özünə qarşı insanlarda etibar yaradır, ona inanırlar. Məqsədi maarifləndirmək, məlumatlandırmaq və sərbəst düşüncəni təşviq etməkdir. Araşdırmağa, analitikaya meyillidir. Problemlərə məntiqi yanaşır və praktik həllər tapmaqda çətinlik çəkmir…
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin general-mayorudur. Sərhəd Qoşunları Komandanlığının qərargah rəisi vəzifəsini icra edir. Bəli, söhbət Azad Əyyub oğlu Abdullayevdən gedir. İyunun 9-u 50 yaşı tamam olur. 50 illik yubiley qızıl yubiley sayılaraq insanın həyat təcrübəsinin zirvəsini, kamilliyini və keçmişdən nəticə çıxararaq yeni bir başlanğıc etməsini bildirir. Ümumiyyətlə, 50 rəqəmi mələklərin numerologiya sistemində və müxtəlif ənənələrdə azadlıq, şəxsi müstəqillik, hikmət, sağlamlıq və mənəvi yüksəliş kimi qəbul olunur. Bu rəqəm həmçinin həyatda yeni qapıların açılmasını və dəyişiklikləri simvolizə edir. 50 rəqəminə müxtəlif aspektlərdən yanaşsaq görürərik ki, Quranda 50-ci surə Qaf surəsidir. Bu surədə yazılır: “And olsun ki, Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir yorğunluq da üz vermədi.” İncildə isə 50 rəqəmi sevinci, məhsuldarlığı və ilahi lütfü təmsil edir. Mendeleyev cədvəlində 50-ci element Qalaydır. Qalay heç vaxt korroziyaya uğramır, uğraması üçün uzun müddət ötməlidir. Bir də, 50 rəqəmi Sumqayıt şəhərinin poçt indeksi kimi qeydiyyata alınıb, həm də Sumqayıt avtomobillərinin dövlət qeydiyyat nişanıdır. Nəzərə alanda ki, insan ömrü illərlə ölçülür, deməli Qazax rayonunun Yenikənd kəndində dünyaya gələn cənab generalın ömründə “Sumqayıt dönəmi” başlayır. Onu qızıl yubileyi münasibətilə təbrik edirəm!..
Hörmətlə, Elman Eldaroğlu
Share: