Gecə yatarkən dabanlara yod çəkməyin çoxlu faydaları…

Müstəqil.az Rusiya mətbuatına istinadən xəbər verir ki, tanınmış jurnalistlərdən biri atası sovet dövründə orduda xidmət edərkən hərbi həkimin əsgərlərə verdiyi bir məsləhəti tez-tez xatırlayırdı: “dabanına yod çək, hər şey keçəcək”.
Bu resept əsgərlər üçün qızıl qayda idi: soyuqdəymədə, depressiyada, yorğunluqda, əsəbi olanda gecə yatanda dabanlarına yod çəkərdilər. İllər keçəndən sonra özündə zob xəstəliyi tapılan jurnalist atasının bu sözlərini xatırlayaraq, sınamaq qərarına gəlir.
O dabanlarına yod toru çəkərək corab geyinib yatır. Səhər oyananda dabalarında yoddan əsər-əlamət qalmırdı. O, bir neçə həftə fasilələrlə bu üsulu təkrarlayır, ta ki, gecədən çəkilən yod izləri səhər ayaqda qalana kimi.
Jurnalistin qeydinə görə, bu üsulla o özündə xeyli yaxşılaşma, güc, enerji hiss edib, əsəbi, qıcıqlanması azalıb. Bu metod qalxanvari vəzinin xəstəliyinə də müsbət təsir edib. Axı insanın yorğun, halsız, əsəbi olması qalxanvari vəzinin narahatlığı ilə bağlı olur.
Siz də bu üsulu sınaya bilərsiz.
Diqqət: əgər axşam çəkilən yod izləri səhər itməyibsə, qalıbsa, o zaman metodu daha etməyin. Sizdə kifayət qədər yod var. Dərhal dayandırın. Əgər itirsə, bir neçə gün davamlı çəkin.

Share: