
Hindistanda Sinqapur bayrağı altında üzən “MV WAN HAI 503” adlı konteyner gəmisində partlayış baş verib.
Müstəqil.Az “Seanews.az”-a istinad edərək xəbər verir ki, bu barədə Hindistan Sahil Mühafizəsi məlumat yayıb.
Hadisə zamanı gəmidə olan 22 heyət üzvündən 5-i xəsarət alıb, 4 nəfər isə itkin düşüb.
Partlayışın səbəbi barədə hələlik hər hansı məlumat verilməyib.
Hadisə yerinə Hindistanın Sahil Mühafizəsi və Hərbi Dəniz Qüvvələrinin qüvvələri cəlb olunub, axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Müstəqil.Az