Gədəbəydə 52 yaşlı kişi bıçaqlanıb

Gədəbəydə 52 yaşlı kişini bıçaqlayan şəxs tutulub.

Bu barədə -nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. Onun sözlərinə görə polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Rövşən Əhmədov saxlanılaraq istintaqa təhvil verilib.

***

08.18

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.

-nın yerli bürosunun məlumatlna görə, hadisə rayonun İvanovka kəndində qeydə alınıb. 1972-ci il təvəllüdlü Həsən Yusibov qarının kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə Gədəbəy rayon məkrəzi xəstəxanasına yerləşdirilib. O, daha sonra Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb.

Məlumata görə H.Yusibov hadisə vaxtı sərxoş olub. Onun kim tərəfindən bıçaqlanması hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Share: