
Anadolu Universiteti İktisadi və İdari Bilimlər Fakültəsinin İktisadi Gelişmə və Uluslararası İktisat Anabilim Dalı üzrə tanınmış professoru, dəyərli elm insanı Prof. Dr. Funda Râna Adaçay millət vəkili Tənzilə Rüstəmxanlının qonağı olub.

Müstəqil.Az xəbər verir ki, bu haqda xanım millət vəkili özünün sosial şəbəkədəki divarında yazıb.
Məlumatdan məlum olur ki, Görüş olduqca məhsuldar və dərin məzmunlu keçib. İki ölkə arasında iqtisadi əməkdaşlıq, Azərbaycanın və Türkiyənin cari iqtisadi vəziyyəti, həmçinin bu iqtisadi proseslərin qadınların sosial və peşəkar həyatına təsiri geniş müzakirə olunub.


Görüş zamanı Funda xanım öz elmi layihəsi ilə bağlı bir sıra maraqlı suallar da ünvanlayıb, Tənzilə xanım isə dəyərli qonaqları ilə təcrübələrini bölüşüb.
Görüşün sonunda tərəflər bir-birilərinə müəllifi olduqları kitabları hədiyyə edilər və xatirə şəkli çəkdiriblər.
Müstəqil.Az