
Bakı Konqres Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan və ölkədə fəaliyyət göstərən 3 minə yaxın Azərbaycan könüllüsünü bir araya toplayan “Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu” keçirilib.
FHN-ə istinadən xəbər verir ki, Forum çərçivəsində il ərzindəki fəal təşəbbüslərinə görə fövqəladə hallar könüllüləri Əzizə Əlizadə və Emin Ocaqverdiyev “İlin könüllüsü” seçiliblər.
Qeyd edilib ki, “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, ölkəmizdə və ölkə hüdudlarından kənarda fövqəladə hadisə nəticəsində zərərçəkmiş insanlara könüllülər tərəfindən zəruri yardım və dəstək göstərməkdən ötrü iyulun 24-də “Fövqəladə Hallar Könüllüləri” proqramına start verilib.