Erməni mediası Novruz Əmidən yazdı – Azərbaycanlı (?) jurnalistin köməyi ilə…

Ermənilərin Azərbaycana qarşı qatı irqçi, neofaşist mövqeyində dayanan “Pandukht” nəşri  bu yaxınlarda dünyasını dəyişmiş Azərbaycanda və türk dünyasında Novruz Əmi kimi tanınan, milli azadlıq hərəkatının əfsanə isimlərindən Novruz Həsənov və ümumiyyətlə, Boz Qurd, ülküçü hərəkatı, onun erməni işğalına qarşı mübarizəsi haqqında geniş araşdırma dərc edib.
Araşdırmada sabiq prezident Əbülfəz Elçibəy,  keçmiş daxili işlər naziri, Azərbaycan boz qurdlarının lideri İsgəndər Həmidov, türk hərəkatçllardan Atilla Qaya, general Doğan Güreş və digərlərinin fəaliyyətindəndə bəhs edilir…
Təbii ki, ermənilərin belə bir yazı verməkdə məqsədi Azərbaycanın, Türkiyənin igid oğullarının, o cümlədən bozqurdların, ülküçülərin erməni terroruna və işğalına qarşı mübarizəsini dünyaya terrorçuluq kimi təqdim etməklə özlərinin terrorçu, faşist xislətini ört-basdır etməkdir. Düşmən düşməndir… Bu, aydındır. Təəssüfləndirici hal odur ki, belə bir araşdırmanı hazırlamaqda neofaşist erməni nəşrinə dəstək verən  Vaşinqtondan “Elnur Nəcəfzadə” imzasıyla yazaraq azərbaycanlı (?) kimi təqdim edilən bir jurnalistdir. Yazının sonunda sayt rəhbərliyi ona təşəkkür edir. Həmin Elnur Nəcəfzadə neçə illərdir ki, erməni nəşrlərində Azərbaycan və Türkiyə əleyhinə yazılar dərc edir…
Maraqlananlar rusca nəşr olunmuş sözügedən yazını bu linkdən oxuya bilərlər: https://pandukht.livejournal.com/
Share: