Erməni həyasızlığı -Video

Elli ATAYURD

Janna Poqosyan adlı erməni  jurnalistinin  SPUTNİK saytında dərc etdiyi bir məqalə diqqətimi çəkdi. Məqalədə mənim doğulub boya başa çatdığım ata-baba yurdumdan bəhs edilir;  Bir zamanlar Qazax mahalına aid olan Karvansaranın Haqqıxlı kəndindən. Müəllif bu kəndin adını göstərir ki, Hovk kimi təqdim edir.(1991-ci ildə Ermənistan hakimiyyəti Haqqıxlı adını Hovk adı ilə əvəz edib). Müəllif məqaləni bu  başlıqla verib:  “Azərbaycanlılar arasında yaşamış yeganə erməni”.

Haqqında bəhs etdiyi adam Aşot Qasparyan 1956-cı il Dilican şəhəri Aqarzin kəndində doğulmuş ermənidi. Məqalənin yarısı Aşotun axtarışına sərf olunur. Ot yığmağa gedən Aşot böyük cəhdlərdən sonra tapılır. Müəllifin rus dilini mükəmməl bilməsinə şübhə olmasa da jurnalistikadakı qeyri-professionallığı tam nəzərə çarpır.

Ot tədarükündə işlənən “quru ot” sözünün tərcüməsinin  “trava “deyil “seno” olması hər kəsə bəllidir. Məqalədə bu bu incəliklər və məqalənin məqsədi unudularaq həcm doldurmaq üçün sözçülüyə varılır. Bunları yazmaqda məqsədim heç də erməni Jannanın professionallığını qiymətləndirmək deyil. Müəllif məqalədə Aşotla olan dialoqunu verir. Aşot deyir ki, o əslən Haqqıxlıdan olmasa da onun xalası bu kəndə ərə gəlmiş və burada yaşamışdır. Uşağı olmadığından Aşotu övladlığa alıbmış. Beləliklə Aşot guya Haqqıxlıda böyümüşdür. Onun dediyinə görə bu kəndə daha bir neçə erməni qadını gəlin gəlmişdir. Məlum 1988-ci illər hadisəsəində guya humanist Aşot haqqıxlıları xilas etməyə hazır olduğunu deyibmiş. Amma bu mümkünsüz olduğundan haqqıxlılara kömək edə bilməmişdir. Ermənistandan qovulan azərbaycanlılar Azərbaycana üz tutmuşdur. Aşotun sözlərinə görə guya erməni ailələri –yəni qarışıq haqqıxlılar Gürcüstana üz tutmuşlar.

Bu məqalə tamamilə yalan, iftira dolu, məqsədyönlü şəkildə dünya ictimaiyyətinin fikrini yayındırmağa, erməni xislətini dünyaya sırımağa xidmət edir. Belə ki, bizim kənddə (mən özüm əslən Haqqıxlıdanam) erməni yaşamamışdır. Yaşasalar da müvəqqəti iş təyinatlari ilə bağlı yaşamışlar və işləri bitdikdə isə çixib getmişlər. Kəndimizdə yeganə erməni gəlin isə Böyük Vətən Müharibəsi iştirakçısı Satenik Muradyan olmuşdur. Onu da kənddə hamı xoş xatirələrlə xatırlayır. Satik xala kəndimizə ərə gəlmiş və deyilənə görə müsəlmanlığı da qəbul etmişdi. Aşot məsələsi isə yalanla dolu iftiradır. Oxucu bu yazıda sensasiyon bir şey olmadığını deyib dodaq da büzə bilər. Amma gəlin araşdıraq. Ermənilər hara ayaq basırsa, orada öz izlərini buraxmağa çalışır. Mən bunu Dərbənddə “Din və din tarixi” muzeyində də muzeyə sırınmış xaç tarixi abidəsində də gördüm. Beləki, guya ermənilər Dərbəndin 5 km-liyində bir kənddən erməni kilsəsinin qalıqları olan bu xaç eksponatını tapmışlar. Əslidə ermənilər bizim alban mədəniyyətimizi mənimsəyərək özləri üçün xeyli tarix yarada bilmişlər. Dərbənddə Köhnə şəhər divarlarının yaxınlığında yeni tapılan kəhrizin yanında ermənicə yazılmış baş daşının olmasının iddiası kimi indidən ora bir quraşdırılmış qəbir daşı qoyublar. Dərbəndlilər isə hələ də bizim kimi bunun nə qədər ciddi olduğunu görmürlər və ya fikir vermirlər.

Yenə də kəndimizlə bağlı hadisələrə qayıtmaq istəyirəm. Kəndin yuxarı hissəsində, yəni şimal-qərbində İvana və  Pir adlı yer vardı. Pirdəki abidənin arxeoloqlar tərəfindən hələ sovet dönəmində azı 2500 iltarixə malik olduğu qeyd olunurdu. Bu yaxınlarda ora köçən ermənilər həmin Pir abidənin kənarlarındə bir şeylər-hücrələr tikmişlər və xaçlarını əlavə etmişlər. Maraqlı burasıdır ki, kənd ərazisində olan alban tarixi abidələrə o qədər girişə bilmirlər.Çünki hansı daşı qaldırsa oradan türk izi çıxır.

Əziz oxucu məni narahat edən o abidələrdən çox ermənilərin fəaliyyətidi. Jannanın bu günkü məqaləsinin arxasında sabah Haqqıxlı kəndinin də ermənilərin yaşaması təsdiqi durur. Yalan və məkrlə bunu etməyə hazırdılar və edirlər də.

Bunları yazmaqla Janna Poqosyana səslənirəm, Siz Haqqıxlıda erməni sakini axtarırsınız? Mən tanıdığım deyim siz qeydə alın. Hamayak-çar ordusunun əsgəri olub. Həmin Haqqıxlıda Danarğan deyilən ərazidə 156 silahsız qızı, gəlini, uşağı, silahsız adamları tövləyə doldurub üstünə partladıcı-bomba atıb partladıb. Bu genosiddi. İki nəfər qaça bilib. Həmin adamlar günümüzə qədər yaşadılar. Sonradan həmin Daşnaksütun partiyasının fəal üzvü Hamayak sovet tərəfə keçir və Haqqıxlı kəndindəki artelə sədr göndərilir. Həyasızlığın dərəcəsinə baxın. Buyurun Janna Poqosyan, mən sizin bir Hamayakınızı göstərdim. Danarğan genosidi isə bir kitaba sığmaz.

Mən əminliklə deyə bilərəm ki, eyni bu cür əfsanələr indiki Ermənistan ərazisində qalan türk kəndləri(azərbaycanlı) üçün də hazırlanır. Humanist erməni obrazı aşotların timsalında dünyaya sırınır.

 

 

Share: