Elnur Uğur “Təkcə sən bilirsən” adlı şeirlər kitabını oxuculara təqdim edəcək

Müstəqil.Az bildirir ki,gənc,istedadlı şair,AYB-nın üzvü,Prezident mükafatçısı Elnur Uğur Abdıyevin yeni şeirlər kitabı işıq üzü görüb.

Bu barədə məlumatı şair sosial şəbəkə vasitəsilə paylaşıb.

21 dekabr saat 14: 00- da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda   yeni çapdan çıxmış “Təkcə sən bilirsən”adlı şeirlər kitabının təqdimat mərasimi keçiriləcək.

Qeyd edək ki, “Təkcə sən bilirsən” adlı şeirlər kitabı müəllifin oxucularla dördüncü görüşüdür.

Maraqlananlar dəvət olunurlar.

Müstəqil.Az

 

Share: