Əhsən Dadaşovun 100 illiyinə həsr olunmuş Xalq Çalğı alətləri festivalının “Tar ifaçılığı” üzrə həftəsi başa çatdı

Azərbaycan Mill Konservatoriyasında Əməkdar incəsənət xadimi Əhsən Dadaşovun 100 illiyinə həsr olunmuş Xalq Çalğı alətləri festivalının “Tar ifaçılığı” üzrə həftəsi uğurla başa çatıb.
Azərbaycanın Milli mədəniyyətini, Milli irsini, Milli adət-ənənələrini qorumaq hər birimizin borcudur. Damarlarında Azərbaycanlı qanını axan hər bir həmvətənlimin bayağı musiqi dinləməyə, mədəniiyətini, incəsənətini danmağa haqqı yoxdur.
Azərbaycan Milli Konservatoriyasının çox dərin bir missiyası var. O, Milli irsimizi, musiqi ənənəsini, Milli musiqi alətlərini, unudulmaq təhlükəsiylə üz üzə qalan qədim xalq musiqilərini, muğamı yeni nəsillərə ötürməklə, təbliğ etməklə məşğuldur.
Mədəniyyətin və siyasətin inkşafında iyirmi, otuz, hətta əlli il öncə görə bilən dahi şəxsiyyət Heydər Əliyev bu təhsil ocağını yaratmaqda məqsədi, əlbəttə ki, bu idi. Yalnız əsas budur ki, onun etimad göstərdiyi insan Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuış Kərimi bu arzunu doğrultmaqla yanaşı, mən deyərdim ki, Azərbaycan musiqisi qarşısında da öz borcunu layiqincə yerinə yetirə bildi . Azərbaycan Milli Konservatoriyasında Milli Musiqi alətlərində dünya musiqisini ifa edəcək orkestrlər yaratdı. Milli alətlərin qorunması üçün laboratoriyalar yaratdl. O, Azərbaycan mədəniyyətinin və musiqi sənətinin inkişafında öndə olan sənətkarları təhsil ocağına dəvət etdi. Muğama elə zərif yanaşdı ki, indi hal hazırda hər səsin hər musiqi dünyasının bir qiğılcımın da qədri bilinən tələbəsindən tutmuş saysız hesabsız Xalq artistlərinə qədər bu ocağa qədəm qoyan hər kəs üçün bir məbəd yarada bildi. Musiqi məbədi daha bir möhtəşəm layihəyə imza atıb. İstədim mədəniyyət aləminin bundan xəbəri olsun. Bayaq qeyd etdiyim kimi, bu məbəddə Milli musiqi alətlərinin qorunması və təhsili üçün hər kəs əlindıə gələni edir.
Söhbət rektor, Xalq artisti Siyavuş Kəriminin Bədii rəhbəri və sədri olduğu, eyni zamanda, təşəbbüskarı olduğu Xalq Çalğı alətləri festivalından gedir.
Xalq çalğı alətləri festivalı artiq ikinci dəfədir ki, AMK da keçirilir. Bu dəfə Festival gözəl sənətkarımız, unudulmaz incəsənət xadimi olan Əhsən Dadaşovun 100 illiyinə həsr olunub.
Hər həftəsi bir musiqi alətinə həsr olunacaq olan Festıvalın Tar İfaçılığı həftəsinə son qoyuldu.
Digər həftələrdə Milli nəfəs alətləri, qanun, kamança ifaçılığı həftələri də olacaq.
Tar festivalının ilk günü böyük həyacan hiss olunurdu. Həftə içi dörd gün saat 15 00 da başlayan Festivalda bir birindən istedadlı sənətkarlar iştirak etdi. Festivalın təşkilatı ilə məşğul olan İnstrumental Muğam Kafedrasının müdiri Malik Mansurov proqrama elə özü ilə başladı. Bu gənclərə və ondan sonra iştirak edəcək bütün ifaçılara bir stumul oldu.
Festival Mədəniyyət kanalı tərəfindən canlı olaraq lentə alınır və mütəmadı olaraq Mədəniyyət kanalında yayımlanır.
Mədəniyyət kanalı bütün mədəniyyət aləmi ilə sıx bağlı olduğu kimi AMK ilə iş birliyini daima davam etdirir, Azərbaycan Milli Konservatyoriyasının yaradıcı və sənətkar mühitinə çox böyük dəyər verir. Bu da çox sevindirici haldir. Festivalın proqramını İnstrumental muğam kafedrasının laborantı Məleykə xanım mənə ötürür, bir birindən gözəl sənətkarların adı yazılmış siyahısını görürəm. Dörd gün ərszində iştirak edən 20 tələbəni nəzərinizə çatdırıram :
Malik Mansurov – Xalq artisti,
Mehman Mikayılov, Əsab Əliyev,
Səbuhi Cəfərov – Əməkdar artist, Elman Sadıqov, Ələkbər Ələkbərov- Əməkdar artist,
Ayaz İmranov, Vüsal İsgəndərzadə – Əməkdar artist,
Altay Niftaliyev, Rəşad İbrahimov,
İqbal Məmmədzadə, Kamal Nuriyev, Rövşən Qurbanov,
Şəhriyar İmanov, Bəhruz Zeynalov, Nurlan Cəbizadə,
Mircavid Cəfərov, İbrahim Babayev, Araz Qasimi, Kamal Şükürov.
Bu sənətkarların hər biri ayrı ayrılıqda çox yüksək peşəkarlıq istedad nümayiş etdirdilər. Onlar tar ifaçılığının imkanlarının əslində çox geniş olduğunu bütün müsiqi aləminə numayiş etdilər. Adətən tar müşayiət edən üç alətdən biri deyil, bu dəfə özü sənətkar ifalarıyla tamamilə başqa bir abu hava yarada bildi.
Həftə içi dörd gün dolub boşalan AMK nın Böyük zalı çox gözəl bəzədilib. Səhnədə görkəmli qocaman, ömrünü bu sənətə həsr edən sənəkarlarımızın şəkilləri asılıb.
Əhməd Bakıxanov, Qurban Pirimov, Bəhram Mənsurov, Sadıqcan, Hacı Məmmədov, Əhsən Dadaşov, Sərvər İbrahimov.
Xalq çalğı alətləri kafedrasının mudiri Ramiz Əzizov deyir ki, bu dəfə ifaçılar ikiqat həyacanlıdır, çünki bu cür sənətkarların rəsmləri asılmış səhnədə ifa edirlər.
Bu adlarını çəkdiyim ifaçıların bir biri haqqında ayrı ayrılıqda danışmaq olar. Amma həmin günü onların ifasını əks etdirməyə sözlər gücsüz olacaq. Mütləq Festivalda iştirak etmək və bu musiqi möcüzəsini, musiqi bayramını öz gözlərinizlə görməlisiz. Aprel ayinin 15 dən Festival öz işini davam etdirəcək. Tar ifaçılığı həftəsi çox böyük uğurla başa çatdı. Bütün ifaçıları bir birinbdən uğurlu çıxışlarına görə təbrik edirik. Əsil sənətın və sənətkarın olduğu məkan müqəddəsdir deyirik. Çünki burda sənətkara dəyər verilir. Bütün ifaçılar sonda səhnəyə və başları üzərindən asılmış sənətkarların rəsmlərinə baş əydilər ruhlarını şad etdilər. Bu gözəl ənənə özü də səhnəni və tamaşaçı coşqusu ilə dolu olan Böyük zalı sanki seihrləmişdi.
Musiqi gözəllikdir. Azərbaycan Mİlli Konservatoriyası onun mehriban kolleltivi və burda görülən işlər də bu gözəlliyin bir parçasıdır.

Aysel Fikrət

Share: