
Saxlanılan icra başçısı Baş nazirin köməkçisinin xalası oğludur
Əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin saxlanıldığı bildirilir.
Müstəqil.az-ın məlumatına görə, Musa Şəkilliyev Baş nazirin köməkçisi Əhməd Əhmədzadənin xalası oğludur.
Əhməd Əhmədzadə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri olub. O, 2006-cı ildən 2024-cü ilədək “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri işləyib. 2024-cü ilin oktyabr ayında Baş nazirin köməkçisi vəzifəsinə təyin olunub.
Ə.Əhmədzadənin qardaşı Mübariz Əhmədzadə hazırda Zaqatala rayon İcra Hakimiyyətinin başçısıdır.