“Dan ulduzu” Azərbaycanda doğdu

Mihay Emineskunun “seçmə şeirlər kitabının təqdimatı keçirildi

Fevralın 20-si Bakı Kitab Mərkəzində Azərbaycan Yazıçılar Birliyi və Rumıniyanın Bakıdakı səfirliyinin təşkilatıçılığı ilə böyük rumın şairi, Avropanın sonuncu romantiki hesab olunan, rumın ədəbi dilinin banisi Mihay Emineskunun “Dan ulduzu” seçmə şeirlərinin və eyniadlı poemasının yer aldığı kitabının təqdimatı keçirilib.Bir 3 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Bir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Azərbaycan Yazıçılar Birliyinin nəşri olan kitab “Mütərcim” Nəşriyyat-Poliqrafiya Evində çap olunub. Kitaba toplanmış əksər tərcümələr Səlim Babullaoğlu tərəfindən (Jalə İsmayılın rumıncadan sətri tərcümələri əsasında) edilib. Eyni zamanda Fəridə Hacıyevanın ruscadan bəzi tərcümələri də kitaba daxil edilib. Tərcümələr tanınmış ictimai xadim, hüquq elmləri doktoru Vüqar Novruzovun dəstəyi ilə hazırlanıb. Kitabda rəssam Ayxan Rəsulun Emineskunun şeirləri əsasında çəkdiyi illüstrasiyaları da yer alıb.
Bir 3 nəfər və içəridə şəkili ola bilər
Təqdimat mərasimini giriş sözü ilə tanınmış telejurnalist, aparıcı Ceyhun Əli açıb. Daha sonra Bakı Kitab Mərkəzinin rəhbəri Günel Anarqızı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Rumıniyanın Bakıdakı səfiri Vasile Soare çıxış ediblər. Sonra isə Səlim Babullaoğlu və Ceyhun Əlinin aparıcılığı ilə Emineskunun şeirləri (“İllərdi ki, canımda”, “Mələk”, “Sevginədir?”, “Bircəcik arzum var”, “Səndən uzaq”, “Əlvida”, “Ey sevgilim, canlananda yaddaşımda o illər” , “Ana”, “Sisli gecələr”, “Rumıniya”) səslənib. Eyni zamanda, Fəridə Hacıyeva da Emineskudan bəzi tərcümələrini səsləndirib. Qiraətlər pianoçu Fəqan Həsənlinin ifasında görkəmli rumın və Avropa bəstəkarları Dumitru Buqiç, Vladimir Kosma, Eugen Doqa və Bella Bartokun əsərləri, rumın motivləri əsasında kompozisiyaları ilə müşayiət olunub.
Bir 1 nəfər, ayaqda və içəridə şəkili ola bilər
Səlim Babullaoğlu səfir Vasile Soareyə Emineskunun tərcümələri üzərində çalışarkən işçi versiyaların əlyazmalarını, bir kitaba daxil edilmiş illüstrasiyalardan birinin orijinalını hədiyyə edib.
Tədbirdə Xalq yazıçısı Çingiz Abdullayev, millət vəkili, Mədniyyət komitəsinin rəhbəri Qənirə Paşayeva, millət vəkili Fazil Mustafa, tanınmış ədəbiyyatçılar, sənət adamları iştirak ediblər.
Təqdimat mərasimində Vaqif Səmədoğlu Mərkəzinin həmtəsiçisi Səməd Vəkilov Səlim Babullaoğluna “Vaqif Səmədoğlu” medalını təqdim edib.
Bir 5 nəfər və içəridə şəkili ola bilər
Mərasimin sonunda Azərbaycan Yazıçılar Birliyinin katibi, şair,esseist və tərcüməçi Səlim Babullaoğlu müxbirimizə eksklüziv açıqlama verib:
“Mihay Emineskunun şeirlərinin tərcüməsi və nəşri hesab edirəm ki, bir çox baxımdan vacib hadisədir. Əvvəla bu xalqlarımız arasında ədəbi-mədəni əlaqələrimizə töhfədir. İkincisi, bu orijinaldan edilən tərcümələrdir, bu mənada xüsusən əlamətdardır. Ümumiyyətlə isə Emineskunun yaradıcılığına ilk müraciəti şairə və tərcüməçi Fəridə Hacıyeva edib, hələ 20 il əvvəl onun ruscadan tərcümələri əsasında şairin “Ulduzlardan pay isətərəm” adlı kitabı nəşr edilib. Təxminən o illərdə tanınmış tarixçi, filoloq Güllü Yoloğlunun türkcədən tərcüməsində Emineskunun nəsri ana dilimizdə nəşr edilib. Biz isə əziz həmkarımız, rumın dili və ədəbiyyatı mütəxəssisi Jalə İsmayılın sətri tərcümələri əsasında ilk orijinal bədii tərcümələri hazırladıq. Mən eyni zamanda kitaba rumlndilli ədəbiyyatın dilimizə tərcüməsi və Emineskunun yaradıcılığı barədə geniş bir “son söz” yazısı yazdım.
Bir 6 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Çox sevindiricidir ki, kitaba Rumıniyanın ölkəmizdəki səfiri Vasile Soare, Moldovanın ölkəmizdəki keçmiş səfiri George Leuka və tanınmış ictimai xadim, hüquq elmləri doktoru Vüqar Novruzov öz ürək sözlərini yazıblar. Yeri gəlmişkən, Emineskunun dilimizə tərcüməsi ideyası da elə əziz dostum Vüqar Novruzova məxsusdur, mən ona çox minnətdaram. Biz bu nəşri hələ 20-ci ildə gerçəkləşdirməli idik. Araya pandemiya və başqa qaçılmaz işlər girdi. Ümumiyyətlə, Vüqar müəllimin yaxından iştirakı və dəstəyi ilə biz bu illər ərzində rumındilli ədəbiyyatın dilimizə tərcüməsi ilə bağlı xeyli işlər gördük, “Dünya ədəbiyyatı”dərgisinin Rumıniya və Moldova ədəbiyyatı xüsusi saylarını, Arkadi Suçevyanu, Leo Butnaru, İqor Volnitski, Nikolae Spetaru kimi şair və nasirlərin əsərlərini tərcümə və çap etdik. Başqa gələcək işlərimiz də var.
Bir 2 nəfər, ayaqüstə duran insanlar, kostyum və içəridə şəkili ola bilər
Çox sevinirəm ki, Rumıniyanın ölkəmizdəki səfiri Vasile Soare bu proseslərdə ürəklə və yaxından iştirak edir. Sevindiricidir ki, təqdimat mərasimində Moldovanın ölkəmizdəki səfiri cənab Yesaulenko da iştirak etdi. Bilirsiz ki, Eminesku həm Rumıniyanın, həm Moldovanın ortaq milli şairidir. Bütün iştirakçılara, tərcüməçilərə, rəssam Ayxan Rəsula, pianoçu Fəqan Həsənliyə, kitab üzərində işləyərkən məsləhətlərini əsirgəməyən moldovalı şair dostum Nikolae Spetaruya, əlbəttə ki, Bakı Kitab Mərkəzinə, əziz həmkarım Günel Anarqızına bugünkü günə görə təşəkkür edirəm.
Bilirsiz ki, bu gün mənə Vaqif Səmədoğlu medalı təqdim olundu. Mən Vaqif Səmədoğlu Mərkəzinə, mərkəzin rəhbəri hörmətli Nüşabə xanım Vəkilovaya, Səməd Vəkilova dərin təşəkkür edirəm. Bu medala layiq görülmək mənim üçün çox xoşdur və əlamətdardır…”
Müstəqil.Az
Share: