Dəm qazı Bakıda yenə bir can aldı…

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş bverib.

Müstəqil.az Lent.az-a istinadən xəbər verir ki, Elşən İsmayılov küçəsi 60 ünvanında yerləşən evdə kirayədə yaşayan Sabirabad rayon sakini, 1974-cü il təvəllüdlü Mirzəyeva Mətanət Əzizağa qızı dəm qazından boğulub. Onun meyiti dünən günorta saatlarında aşkarlanıb və dərhal hüquq-mühafizə orqanlarına bu barədə məlumat verilib.

Müstəqil.Az

Share: