“Bordo Bereliler” hərəkətə keçdi – Qəndil dağının PKK-dan təmizlənməsi üçün əməliyyatın DETALLARI

Türkiyə Silahlı Qüvvələri (TSQ) Şimali İraqda PKK terror təşkilatının ana qərargahı olan Qəndil dağına Suriyanın Afrin şəhərini terrorçulardan təmizləmək üçün təşkil etdiyi hava hərəkatından daha böyük bir hərəkat keçirməyi planlaşdırır.

Müstəqil.Az Publika.az-a istinadən  xəbər verir ki, 2 aydan çoxdur davam edən hərbi əməliyyatlarla bağlı bilgi verən qaynaqlar Qəndilə Afrindəki “Zeytun budağı” hərəkatının başlanğıcında 72 qırıcının iştirakı ilə aparılan hava hərəkatlarından daha şiddətli hava hücumları təşkil edilə biləcəyini, paralel olaraq da şiddətli “Fırtına” tankları ilə atışlar həyata keçiriləcəyini bildirib.

Bir təhlükəsizlik əməkdaşı isə “Qəndil hədəf alındığında dərhal ağıllara quru birliklərinin hərəkətə keçib irəliləyəcəyi gəlməsin. Bölgənin şərtləri buna o qədər də imkan vermir. Ona görə də hava əməliyyatlarına üstünlük veriləcək. Ardınca isə quru qoşunlarına sıra gələcək”.

Qeyd edək ki, hər an başladılması ehtimal edilən şiddətli hava hücumlarında hədəflərə işarələr qoymaq məqsədilə Xüsusi Təyinatlı Qüvvələr (Bordo Bereliler) gizli şəkildə hədəflərin uc nöqtələrinə qədər gediblər.

Share: