Bir sutkada 998 qaçqın ailəsi Suriyaya qayıtdı

Son bir sutka ərzində Suriyaya 998 qaçqın qayıdıb. Müstəqil.az “Trend”ə istinadən xəbər verir ki, Livandan “Ceydet-Yabus” və “Tel-Kalah” buraxılış məntəqəsindən 267 qaçqın (80 qadın, 137 uşaq), İordaniyadan “Nəsib” buraxılış məntəqsindən 731 qaçqın (219 qadın, 373 uşaq) öz ölkəsinə qayıdıb.

 

Ölkə daxilində daimi yaşayış yerlərinə gün ərzində 230 Suriya vətəndaşı qayıdıb.

 

Bundan əlavə, Suriyanın mühəndis bölmələri sutka ərzində 9,6 hektar ərazini minalardan təmizləyiblər. Əməliyyat zamanı 64 partlayıcı qurğu məhv edilib.

Share: