Bakıda zəncirvari qəzada üç avtomobil toqquşub

Bakının Binəqədi rayonunda üç avtomobilin toqquşması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

xəbər verir ki, qəza Mir Cəlal və Hüseyn Seyidzadə küçələrinin kəsişməsində qeydə alınıb. Qəza “Audi”, “KİA” və “Toyota” markalı avtomobillərinin iştirakı ilə baş verib.

Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib. Qəzaya uğrayan avtomobillər yoldan götürülərək aidiyyati üzrə təhvil verilib.

Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.

Share: