Azərbaycanda məşhur “altı əl sıxma nəzəriyyəsi”nə abidə layihəsi hazırlandı (FOTO)

Azərbaycanda “Kevin Bekona altı əl sıxma” kimi tanınan altı əl sıxma nəzəriyyəsi ilə bağlı bir abidə layihəsi hazırlanıb. 

Müstəqil.Az Qaynarinfo-ya istinad edərık  xəbər verir ki, abidənin ideyası Namiq Əliyevə məxsusdur.
Abidənin layihəsi isə bir çox böyük layihələrə imza atmış JİS studioda hazırlanıb.
Abidə hələ ki layihə şəklində olsa da, hazırlanıb Bakının müxtəlif yerlərində, hava limanlarında nümayiş etdirilməsi ilə bağlı təkliflər verilir.
Faktiki olaraq dünya miqyaslı nəzəriyyənin abidə şəklində ölkəmizdə də nümayiş etdirilməsi Azərbaycanın reklamına, ölkəyə turist axınına şərait yarada biləcəyi düşünülür.
Bu isə Azərbaycanı dünyada tanıtmaq üçün gözəl bir təşəbbüs ola bilər.
Hazırda bəzi xarici media abidənin artıq qoyulması ilə bağlı məlumatlar yaysa da, abidə hələ layihə halında təqdim olunub.
Bəs nədir bu altı əl sıxma nəzəriyyəsi?
İlk dəfə olaraq dünya altı əl sıxma nəzəriyyəsini ötən əsrin 30-cu illərində öyrənilib. Bu, Frideş Karintinin “Zəncirin bağları” fantastik hekayəsində ətraflı təsvir edilib. Süjet planetin bütün sakinlərinin bir-birini maksimum 5 nəfər vasitəsilə tanıdığını sübut edən təcrübə üzərində qurulub. Bu fenomen sosioloqların marağına səbəb olub və 1969-cu ildə nəzəriyyə nəhayət formalaşıb. Fərziyyəni təsdiqləmək üçün amerikalı sosioloqlar Cefri Travers və Stenli Milqram kiçik bir şəhərin sakinlərinə 300 zərf paylayıb. Məqsəd sadə olub: məktubu ünvana çatdırmaq üçün yalnız öz əlaqələrinizdən istifadə etmək. 60 məktub istənilən ünvana çatıb və hər məktubun yol uzunluğu 5 nəfəri keçməyib. Təcrübənin mahiyyəti belə idi: əgər subyekt ünvanı tanıyırdısa, o zaman, çox güman ki, onu tanıyan şəxsə məktub göndərmək tələb olunurdu. Ola bilsin ki, təşkilatçılar markaların qiymətini nəzərə almayıblar, çünki 300 məktubdan yalnız 60-ı çatıb.
Daha sonra təcrübə təkrarlanıb, lakin müasir rabitə vasitələrindən istifadə edilib. Ümumilikdə 20 gizli ünvan yaradılıb və bu şəxslərin tapılması üçün könüllülərə müraciət edilib. Təəccüblüdür ki, Avstraliya sakini cəmi dörd tanışı vasitəsilə düzgün ünvanı tapan birinci olub. Və bu ünvan qonşu küçədə və hətta qonşu şəhərdə deyil, Sibirdə imiş!
Bu nəzəriyyə onu göstərir ki, planetdəki istənilən iki insan altı nəfərdən ibarət olan tanışlıq zənciri vasitəsilə bir-biri ilə əlaqə qura bilər. O, dünyanın ilk baxışdan göründüyündən daha yaxın əlaqəli olduğunu vurğulayır və tədqiqatçılar bu fikri təsdiq və ya təkzib etmək üçün müxtəlif təcrübələr aparıblar.
 
Aydın 
Share: