Azərbaycan Respublikası Vergilər Nazirliyi doğrudanmı cinayətkarları qoruyur?

Yaşar  Allahverdiyevi 6 saylı Ərazi Vergilər İdarəsinə bağlayan tellər

Müstəqil.Az olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsinin bir qrup əməkdaşları haqda redaksiyamızın elektron poçtuna daxil olan tükürpədici faktlar haqda davamlı olaraq yazılar verir, dəyərli oxucularımızı məlumatlandırırıq.

Dəyərli oxucuların diqqətinə çatdırırıq ki, həmişə olduğu kimi, bu dəfə də redaksiyamıza ünvünlanan şikayət məktubları əsasında saytımızın əməkdaşlarının apardıqları araşdırma yazılara, zərərçəkmiş şəxslərin, yaxud müəyyən təzyiqlərlə üzləşmiş sahibkarların fikirlərinə geniş yerməklə yanaşı, qarşı tərəfin də fikirlərinə yer ayıracağımıza söz veririk. Lakin bu vaxta qədər nə Vergilər nazirliyi, nə də nazirliyin ölkənin Cənub bölgəsini əhatə edən 6 saylı ƏVİ tərfənimdən yazılara rəsmi olaraq heç bir münasibət bildirilmədi.

Müstəqil.Az olaraq korrupsiyaya və rüşvətə yox dedik!

Dəfələrlə Vergilər Nazirliyinin  adı çəkilən idarəsinin rəhbərliyində təmsil olunan vergi məmurlarına haqlarında bəhs olunan neqativ xəbərlərlərlə bağlı müraciət olunub münasibət öyrənmək istəyimiz və sorumlarımızın cavabsız qalması haqda da yazmışıq. Yazılanlar haqda fikirlərini bildirmək əvəzinə  6 saylı ƏVİ-nin rəhbərliyi idarənin daxilində olunan qanunsuzluqların redaksiyaya sızmasının qarşısını almaq üçün qanundan kənar hərəkətlərə rəvac verirdilər. Başda idarənin rəisi Ədalət Fərəcov, onun müavini, “Akula” ayamalı Namiq Bağırov, və idarənin məsul işçilərindən olan Nazim Tağıyev müxtəlif yollarla tərəfimizdən yayınlanan yazıların saxlanılması istiqamətində çabalar göstərib, redaksiyaya elçilər göndərirdilər. beləliklə ayrı-ayrı vergi məmurunun isə özfəaliyyət olaraq bizimlə əlaqə saxlamaq istəyini arzu olaraq onların qəlbində saxladıq. Korrupsiyaya və rüşvətə yox dedik!

6 saylı ƏVİ-nin də hər kəsdə yaratdığı şübhə

Böyük bir mafiyanın planlı şəkildə həyata keçirdiyi aksiya haqda isə araşdırmalarımız davam etmədədir. Redaksiyamıza daxil olan məktublarda 6 saylı ƏVİ-də baş verən qanunsuz əməllərin ardıcıllığı hər kəsdə şübhə oyadır;

Doğrudanmı ölkənin hüquq-mühafizə orqanlarında oturanlar bu qədər bacarıqsızdır ki, bunları durdura bilmir?

Yaxud doğrudanmı Respublika Prakurorkuğu və bu Ali qrumun nəzdində yaradılan, rəisi Kamran Əliyev olan idarə iqtisadi cinayətkarlığa qarşı bu qədər laqeyiddir.

 Bəlkə elə deyilənlər həqiqətdir, Ədalət Fərəcov və onun komandasının səyyi nəticəsində insanlardan yağmalanan pul-paranın işığı onlarında oturduqları kabinetlərin pəncərəsində içəri süzülür?
Bəs, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə idarəsi necə, onların da kurasiyasında ancaq narkotik maddələrin yayını və qəbulu ilə məşğul olan, yaxud telefon, toyuq-cücə oğrularının tərksilah etmək durur?

 Bəlkə elə buna görə də Vergilər Nazirliyinin ayrı-ayrı strukturlarında baş verən  mütəşəkkil qrupların törətdikləri iqtisadi cinayətkarlığa göz yumulur?

 Büdcəyə gələcək pullar ayrı-ayrı acgöz salahiyyət sahiblərinin cibinə dolur?

Suallar çox, cavab isə yox… Müstəqil.Az olaraq buna inanmamağa cəhd edirik…

Xatırladaq ki, saytımızda yayınlanan  ötən yazılarda

(http://www.mustaqil.az/2018/06/04/mikayil-cabbarov-fazil-məmmədovun-is-prinsipini-təkrarlayir-arasdirma/ http://www.mustaqil.az/2018/05/28/sabibkarlar-bu-dəfə-nazirə-etiraz-etdilər-susmayin/,http://www.mustaqil.az/2018/04/24/vergi-mufəttisləri-pullarimizla-kef-edirlər-sahibkarlarin-harayi-fotolar/,http://www.mustaqil.az/2018/04/29/nazir-mikayil-cabbarov-gozdən-salinir-cənublu-sahibkarlar/, http://www.mustaqil.az/2018/05/03/14264http://www.mustaqil.az/2018/05/09/cənub-bolgəsinin-vergi-sprutu-umid-mikayil-cabbarovadir http://www.mustaqil.az/2018/05/20/mikayil-cabbarov-umidimizi-dogrultmur-sahibkarlar-od-puskurdu, http://www.mustaqil.az/2018/06/11/fazil-məmmədov-və-mikayil-cabbarovun-vergilər-nazirliyi-kohnə-hamam-kohnə-tas, http://www.mustaqil.az/2018/06/23/sahibkarlar-mehriban-%C9%99liyevadan-kom%C9%99k-ist%C9%99dil%C9%99r/, http://www.mustaqil.az/2018/08/06/vergil%C9%99r-nazirliyinin-6-sayli-%C9%99vi-d%C9%99-bas-ver%C9%99nl%C9%99r-niy%C9%99-durdurulmur/) adı çəkilən iadərənin əməllərinin  serial olaraq davam etməsini də dəyərli oxucularımızın və bu cinayətlərə hələki göz yuman əlaqədar təşkilatların nəzərinə çatdırmışdıq.

Araşdırmamız davam edir.

 Yaşar Allahverdiyev ağla gəlməyənləri belə başa gətirib

Mənbəmizin Müstəqil.Az-ın elektron poçtuna daxil olan məktubunda bildirilir:

“6 saylı Ərazi Vergilər  İdarəsində vergidən yayınmaq istəyən odəyicilər üçün həmişə açıq qapı olub…İdarənin bir çox əməkdaşlarının fantaziyaları deteltiv filimlərin ssenari mövzusu ola bilər. Məsələn, Yaşar Allahverdiyev adlı vergi ödəyicisinin adına etdikləri ağla gəlməyənlərin belə başa gətirilib, gerçəlkəşdirməsi deməkdir.  Belə ki, bu bacarıqlı vergi ödəyicisi ölkədə analoqu olmayan bir işlə məşğuldur. Neftcala,Bakı,Gəncə qeydiyyatında olan adamların adına  6 saylı ƏVİ də müəssisə açır, müəssisələri küllü miqdarda vergidən yayındırır. Sözzsüz ki o bu işləri təkbaşına görmür,  bu işdə ona İdarənin rəhbəri Ədalət Fərəcovun razılığı ilə  İdarənin əməkdaşları,”Akula” ləqəbli Namiq Bağırov, Seyran Vəliyev(hansı ki,vaxtı ilə Seyranın otağında Yaşar Allahverdiyevə aid olan, onun himayəsində fəaliyyət göstərən müəssiələrin aktı yazılıb imzalanıb ki, bu haqda da Müstəqil.Az saytının ötən yazılarında ətraflı bəhs olunub), idarənin keçmiş əməkdaşı, hal-hazırda 4 saylı ƏVİ də  işləyən Vəlihəddin Yunsurov və Valeh Əliyev himayədarlıq edir.

Balıq başdan iylənər

Mənbə onu da bildirir ki, idarə qanundan kənar adamları pul toplama, sahibkarları ləkələmə kompaniyasına cəlb etməklə qanunsuz əmllərə rəvac verir:

“6 saylı Ərazi Vergilər İdarəsinin əhatə etdiyi rayonlardan pul yığmaq üçün xüsusi adamlar saxlanılır. Bu adamlar vasitəsi ilə Namiq Bağırov,Eldəniz Kərəmov,Seyran Vəliyev.Valeh Əliyev, Nicat Abdullayev,Nazim Tağıyev hər biri il ərzində 300.000-700.000 manat civarında pul yığırlar. Sözzsüz ki, bu pulların yarısı Ədalət Fərəcova, Bəhruz Heydərova, onlarında vasitəsi ilə yuxarı dairələrə ötürülür ki, bunu Vergilər naziri Mikayıl Cabbarov və onun yaxın ətrafı bilməyə bilməz, Axı atalar yaxşı deyib, balıq başdan iylənər” – deyilir redaksiyay olunan müraciət-şikayətdə…

Maraqlı və acınacaqlı olan...

Müstəqil.Az-n poçtuna daxil olan və əməkdaşlarımızın da araşdırdığı bir çox məqamarda  6 saylı ƏVİ-nin sanki ailə podratına çevrildiyini hiss etməmək olmur. Mənbənin bildirdiyinə görə, haqqında bəhs olunan idarənin məsul işçisi olan Əli Babyevin atası keçmiş vergi əməkdaşı Elşad  Babayev idarəni, Vergilər Nazirliyini saya salmadan Masallı rayonunda özü qanunsuz  xronometraj yoxlamalar  keçirir,  reketlik edib ödəyicilərdən haqq alır.Bütün bunları övladına güvənərək edən  Elşad bu özbaşənalıqların hesabına hazırda 6 saylı ƏVİ-də məsul vəzifədə çalışan oğlu Əli üçün Lənkəranda və Bakı şəhərində ev,digər övladları üçün bahalı avtomobillər alıb, hədiyyə edib”.

Hal-hazırda 6 saylı ƏVİ-də çalışan mənbəmiz  onu da bildirir ki, 6 saylı ƏVİ-nin yuxarıda adları göstərilən əməkldaşlarının hər birinin Bakı şəhərində və ölkə xaricində daşınmaz əmlkaları var.Bizlər isə günümüzü güclə keçiririk.Biz hamımız dövlətin,xalqın xidmətciləriyik.Görürük ki,kimlərsə vəzifə səlahiyyətlərini aşıb, qanunsuzluq edib min oyundan çıxır . Dövlətin cibinə girməklə, sahibkarı qorxuzmaqla  komfort şəraitdə yaşayır,kef edir. Nəyə görə belə adamlara heç kəs bir söz demir?  Bax, maraqlı və acınacaqlı olan budur”.

Ötgün

P.S. Müstəqil. Az-n poçtuna bir qrup vergi əməkdaşının Respublika Prezidentinə, Vergilər Nazirinə, Respublika prakurorluğuna,  DİN-nə və kütləvi informasiya vasitələrinə ünvanladığı məktub-müraciət daxil olub. Növbəti yazımızı həmin müraciətin əsasında olacaq.

P.P.S.Müstəqil.Az  qarşı tərəfin yazı iilə bağlı fikirlərini və münasibətlərini yayınlamağa hazırdır

 

 

 

 

 

 

 

 

Share: