Azərbaycan dənizçisi dünyanın dənizçilik ölkələri ilə nəinki ayaqlaşır, bəzi məqamlarda onalrı üstələyir

Məlumdur ki, dənizçilərin hazırlanması, onların Beynəlxalq Dəniz Konvensiyasının və Dənizçiliyin əsaslarının tələbinə uyğun olaraq seritifikatlaşdırılması  xususi hazırlıq tələb edir. Çətin hava şəraitində çalışan, kifayət qədər səbr, dözüm, bilik və fiziki hazırlığın tələb olunduğu bu şərəfli peşədə Azərbaycan dənizçiləri də dünya dənizçiləri arasında sayılıb seçilirlər.

Müstəqil.Az ağır hava şəraitində çalışan dənizçilərimizin hazırlanması və onların hazırlığ işləri ilə bağlı sorğu keçirib:

Məlumdur ki, müxtəlif hava şəraitlərində və iqlim qovşağında işləyən dənizçilərdən yüksək fiziki və psixoloji hazırlıqlarla yanaşı onlardan savad, yüksək təhsil və təcrübə də tələb olunur. Dənizçilərimizin bu kriteriyalara sahib olması nə dərəcədə qaneedicidir?

 AXDG QSC XDND-nin İsmət Qayıbov gəmisinin kapitanı Faiq Balabəyli:

Azərbaycan gəmiçiliyinin şərəfli keçmişi, nümunə göstərilə biləcək tarixi var. Oktyabr ayında Azərbaycan gəmiçiliyi özünün 160 illik yubileyini keçirəcək. Fürsətdən istifadə edib bütün dənizçilərimizi bu şərəfli gün münasibəti ilə təbrik edirəm.

O ki, qaldı dənizçilərimizin fiziki və psixoloji hazırlığına, onların kadr olaraq hazırlanmasına, təcrübəsinə və biliklərə sahiblənməsinə,  birmənalı olaraq deməliyəm ki, bu mənim də işçisi olduğum AXDG QSC-də çox yüksək səviyyədə həyata keçirilir. 160 illik həyat yolu olan bir dənizçiıik şirkəti üçün sadaladığınız bütün lazımı göstəricilər nümunə göstəriləcək səviyyədə özünü təsdiqləmədədir.

AXDG QSC-nin gəmilərində fəaliyyət göstərən bütün dənizçilərin hazırlanması üçün özünün təhsil bazası var.  Azərbaycan Dövlət Dəniz Akademiyası(ADDA) keçmiş SSRİ-də tanınan, nüfuzu olan bir təhsil ocağıdır. Sevindirici haldır ki, son vaxtlar bu təhsil ocağına müraciət edənlərin sayı durmadan artmadadır. Gəmiçiliyin Balıq Sənayesi Kolleci də kadrların hazırlanmasında özünün rolu ilə uzun illərdir ki diqqət mərkəzindədir. Bundan əlavə AXDG- nin gəmiərində işləyən dənizçilərimiz dünyanın bir çox məşhur Dənizçilik məktəblərində təhsil alırlar. Beynəlxalq Dənizçilik Təşkilatının tələbinə uyğun olaraq dənizçilərimizin ayrı-ayrı sahələrdə biliklərinin artırılması üçün AXDG QSC-nin tədris mərkəzli vardır ki, burada da  xususi kurslar keçirilir və seritifikatlarla təmin olunurlar. Təsadüfü deyil ki, Xəzər dənizçiləri hal-hazırda dünyanın bir çox ölkələrində gəmilərin və gəmiçiliklərin idarə olunmasında fəaliyyət göstərirlər. Bu da bizə onu deməyə imkan verir ki, yüksək səviyyədə biliyə, fiziki hazırlığa, təcrübəyə sahib olan dənizçilərimiz əslində sübut edir ki, Azərbaycan dənizçisi dünyanın aparıcı dənizçilik ölkələri ilə nəinki ayaqlaşır, bəzi məqamlarda onalrı üstələyirlər də. Dənizçilərimizin bütün təlabatları da AXDG QSC-nin rəhbərliyininn apardığı düzgün iqtisadi siyasəti nəticəsində yüksək səviyyədə təmin olunur. Gəmiçiliyin Ali və Orta ixtisas məktəbləri ilə ynaşı yüksək səviyyədə təminatlı xəstəxanası, polikilinikası, uşaq baxçası, klubu, dənizçilərin reys arası istirahət evi də fəaliyyət göstərir. Bütün bunlar AXDG QSC – yə Rauf Vəliyevin rəis təyin olunmasından sonra daha da geniç vüsət aldı. onun rəsi təyin olunduğu bu 5 il ərzində dononmamız kifayət qədər yeniliklərə imza atdı. Hazırda dənizçilərimizin aylıq maaşı xarici şirkətlərin verdiyi əmək haqqına uyğunlaşır. Daxili istehlak bazarını nəzərə alsaq isə Azərbaycanda ən yüksək əmək haqqı dənizçilərimizə verilir.

“Palmali” Gəmiçilik şirkətinin “İlyas Əfəndiyev” quru yük gəmisinin baş mühəndisi Yaqub Həmidov :

“Palmali” şirkəti xususi olaraq dənizçilərinin fiziki və tibbi hazırlıqlarını daima nəzarətdə saxlayır. Şirkət Türkiyədə fəaliyyət göstərsə də, işçilərinin əksəriyyəti Azərbaycan dənizçiləridir. Məlumdur ki, şirkətdə fəaliyyətə başlayan hər bir dənizçinin hazırlıqları yüksək səviyyədə həyata keçirilir. Onu da deyim ki, Azərbaycandan cəlb olunan dənizçilərin tibbi yoxlanışlarını Bakıda fəaliyyət göstərən Medera Hospital həyata keçirir. İl ərzində hər bir dənizçiyə görə tibbi yoxlanış üçün şirkət hospitala 120 AZN ödəyir.

Bilirsiniz ki, dənizçilər müxtəlif hava şəraitində və iqlim qovşaqlarında çalışır, ona görə də onların fiziki hazırlıqları yüksək dərəcədə nəzarət altında olmalıdır. Fiziki hazırlıqlardan sonra dənizçilərin biliklərinin də yoxlanması önəmlidir. Məlumdur ki, uzaq səfərlərdə olan dənizçilər səfər zamanı baş verən bütün neqativ halları, qəzaları aradan qaldırmaq üçün öz biliklərinə güvənməlidir. Bu baxımdan da şirkətimizdə işləmək istəyən dənizçilərin bilik səviyyələri “Palmali”nin Bakı nümayəndəliyinin mütəxəssisi, təcrübəli kapitan Mahmudağa müəllim tərəfindən xususi olaraq yoxlanılır. Onun rəhbərliyi altında hər bir işçi fərdi olaraq biliyin yoxlanılması və kompyüter vasitəsi ilə test yoxlanışından keçirilir və işə qəbul olunur.

Onu da deməliyəm ki, Azərbaycan gəmiçiliyində xususi təcrübəyə və nəzəri biliyə sahib olan dənizçiərimiz danya sulrında üzdükcə həm də ölkəmizin təbliğatı ilə məşğul olur. Şirkətin sahibi Mübariz Mənsimovun nə dərəcədə vətənə bağlı olmasını demək artıq olardı. Təkcə onu demək bəsdir ki, şirkətin gəmilərinin əksəriyyəti Azərbaycanın ayrı-ayrı şəhər və coğrafi adlarını, tanınmış ziyalılarımızın, elm, siyasət, mədəniyyət və ədəbiyyat sahəsində tanınan adamlarımızın adını özündə əks etdirir. Bu gün Qara dənizdən başlamış, dünyanın bütün okean və dənizlərində Azərbaycan və Azərbaycana bağlı olan adları eşitmək olar.  Şirkətin əsas işçiləri azərbaycanlılardır. Bütün bunlar əlbəttə ki, qürurvericidir. Sonda onu da xusi olaraq vurğulamaq istəyirəm ki yaxınlarda Azərbaycan dənizçiliyini 160 yaşı tamam olacaq. Hazırda xarici firmada işləsəm də özümü Xəzər dənizçisi hesab edirəm və bununla da qürur duyuram . Fürsətdən istifadə edib, başda AXDG-nin rəisi Rauf Vəliyev  olmaqla, uzun müddət işlədiyim gəmiçiliyimizin bütün kollektivini yubiley münasibəti ilə təbrik edirəm..

Müstəqil.Az

 

 

 

Share: