Avtomobil təmiri sexində yanğın

Sumqayıt şəhərində avtomobil təmiri sexində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, yanar konstruksiyaları 30 m² sahədə və içərisində olan “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yüksək temperaturdan bitişik olan sexlərin lambirdən ibarət tavanı, ümumilikdə, 26 m² sahədə əriyib. Tikilinin qalan hissəsi və təmirə dayanmış “Opel” markalı avtomobil yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Müstəqil.Az

Share: