Ankarada Dərgi Festivalı keçirildi

Ankarada Dərgi Festivalı keçirildi

25-26 iyul , 2026-cı il Türkiyənin paytaxtı Ankara şəhərində ölkədə çap olunan jurnalların tanıdılması və jurnallara marağın artırılması məqsədilə Ankara Dərgi Festivalı keçirildi. Ankara Büyükşəhər Bələdiyyəsinin dəstəyilə təşkil edilmiş festival iki gün ərzində bir çox  jurnal, yazar və oxucunun bir araya gəlməsinə səbəb oldu.

Gündüz saatlarından başlayaraq axşama qədər ziyarətçilərlə dolub boşalan festivalda oxucular fərqli dərgilərə aid standları gəzərək  dərgi təmsilçiləriylə yaxından söhbət etmə imkanı əldə etdilər.

Ölkədə çap olunan dərgilərlə bərabər Heca, Xəyal Bilgisi ve Güftə Ədəbiyyat dərgilərinin standları da ziyarətçilər tərəfindən xeyli diqqət gördü.
“Güftə Ədəbiyyat” jurnalı yarandığı ilk gündən etibarən Türk dünyasına aid yazılar yayımlayaraq qardaş ölkələrlə ədəbi əlaqələrin möhkəmlənməsində böyük xidmət göstərməkdədir.
Qeyd etmək istəyirik ki, jurnalın həmçinin Azərbaycan ədəbiyyatının iki tanınmış siması olan şair Məmməd İsmayıl və Sabir Rüstəmxanlı dosyası da bir- birindən maraqlı yazılarıyla yayımlanıb.

Jurnalın baş redaktoru və tərtibatçıları olan Ayşe Ay və Vəli ay oxuculara bir neçə ildir fəaliyyətdə olan dərgiləri haqqında ətraflı məlumat veriblər.

 

Aysel Xanlarqızı

Share: