Almaniyada “Fruit Logistica” meyvə-tərəvəz sərgisi keçiriləcək.

Almaniyanın Berlin şəhərində “Fruit Logistica” meyvə-tərəvəz sərgisi keçiriləcək.

İqtisadiyyat Nazirliyindən Publika-az-a verilən məlumata görə, Almaniyanın paytaxtı Berlində fevral ayının 7-dən 9-dək keçirilən sərgidə Azərbaycan məhsulları da nümayiş olunacaq. Sərgidə ümumilikdə dünyanın 84 ölkəsindən 3000-dən çox şirkətin iştirakı nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə 9 ixracatçı Azərbaycan şirkətinin istehsal etdiyi meyvə-tərəvəz məhsulları vahid ölkə stendi ilə bu beynəlxalq sərgidə ziyarətçilərə təqdim ediləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2016-cı il tarixli “Made in Azerbaijan” brendinin xarici bazarlarda təbliğinə dair Fərmanına uyğun olaraq, “Fruit Logistica” meyvə-tərəvəz sərgisində Azərbaycanın vahid ölkə stendinin təşkili xərcləri dövlət tərəfindən qarşılanır.

Müstəqil.Az

Share: