Alimlərdən yeni kəşf…9 min il qabaq qızların üzü necə imiş?? – FOTO

Yunanıstanın Afina Universitetinin alimləri təxminən 9 min il əvvəl yaşamış qızın üzünü rekonstruksiya etməyi bacarıblar.

Publika.az-ın verdiyi məlumata görə, alimlər bu araşdırmanı e.ə. 7-ci minillikdə yaşamış 15-18 yaşlarında qıza məxsus olduğu düşünülən sümüklər əsasında ediblər. Onlar “Avqi” adlandırdıqları bu qızın simasının bərpası zamanı kəllə tomoqrafiyası, sonra isə 3D printerdən istifadə etməli olublar.

Məlum olub ki, həmin dövrdə yaşayan qadınların alt çənəsi uzun, almacıq sümükləri isə daha bəlirgin olub. Ümumilikdə isə Avqinin görünüşü kişilərin görünüşündən o qədər də fərqlənmirmiş.

 

Share: