Londonda hava limanı yaxınlığında yanğın baş verdi

Londonun Hitrou hava limanı yaxınlığında yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Qazeta.ru” məlumat yayıb.

Bildirilib ki, tüstü səbəbindən təyyarələr başqa uçuş-enmə zolağından istifadə etmək məcburiyyətində qalıblar. Feltemdəki tarlada yanğını söndürmək üçün 100 yanğınsöndürən göndərilib. Yaxınlıqda yaşayan sakinlərə pəncərə və qapıları açmamaq tövsiyə olunub.

Hava limanı yanğının uçuşların gecikməsinə və ya ləğvinə səbəb olmadığını qeyd edib. Aeroport nümayəndəsi bildirib ki, yanğın hava limanının fəaliyyətinə təsir etməyib və uçuşlar qrafikə uyğun həyata keçirilib.


Share: