Londonun “Hitrou” hava limanı yaxınlığında yanğın baş verib

Britaniyada “Hitrou” beynəlxalq hava limanı yaxınlığında böyük yanğın baş verib.

Hadisə yerinə yanğınsöndürən helikopterlər, 15 texnika və 100-dən çox şəxsi heyət cəlb edilib.

Qatı tüstü səbəbindən aeroportun bəzi uçuş-eniş zolaqlarının işində çətinliklər yaranıb.

Yerli hakimiyyət orqanları əhalidən evlərində qalmaları və pəncərələrini bağlamalarını xahiş edib.

Mənbə: newsfounded.com

 

Share: