“Taxılla dolu gəmi Odessadan yola düşüb”

“Biz Rusiya və Ukrayna ilə bütün səviyyələrdə danışıqlarımızı davam etdiririk. Taxıl böhranı aradan qaldırılır. Bununla bağlı BMT-nin Baş katibi Antonio Quterreş təşəkkürünü bildirib”.

“Qafqazinfo” “Sabah”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Artıq ilk addımlar atılıb və gəmilər yola düşüb. İyulun 22-də İstanbulda imzalanan razılaşmalar Rusiya-Ukrayna bazarında məsələnin həll üçün tarixi dönüş nöqtəsi oldu. Bu prosesi izləyəcək Birgə Koordinasiya Mərkəzi iyulun 23-də fəaliyyətə başladı. Taxılla dolu gəmi Odessadan yola düşüb”.

Qeyd edək ki, iyulun 13-də İstanbulda Ukrayna limanlarında gözləyən taxılın təhlükəsiz daşınmasını təmin etmək üçün BMT nümayəndələrinin iştirakı ilə Rusiya, Ukrayna və Türkiyənin hərbi nümayəndə heyətləri arasında görüş olub. Dördtərəfli görüş zamanı taxıl ixracı üçün İstanbulda Koordinasiya Mərkəzinin yaradılması barədə razılıq əldə olunub.


Share: