Suraxanı Gənclər Evi fəaliyyəti ilə yenə diqqət mərkəzində…

Mustəqil.az xəbər verir ki, Suraxanı Gənclər  Evində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Suraxanı Rayon Gənclər və İdman İdarəsi və Suraxanı Gənclər Evinin birgə təşkilatçılığı ilə, “Qələbə qazanmış para-atletika idmançılarımızı tanıyaq” adlı gənclərlə görüş keçirilib.
Görüşdə Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov, Suraxanı Gənclər Evinin direktoru Natavan Rüstəmova, SGİİ-nin rəis müavini Elşən Atakişizadə, baş məsləhətçisi Rəşid Heydərov, Milli Paralimpiya Komitəsinin icraçı direktoru Eldar Babayev, Milli Paralimpiya Komitəsinin icraçı direktor müavini və idman şöbəsinin müdiri Rauf Mürsəlov, para-atletika üzrə baş məşqçi, 2 qat paralimpiya çempionu Oleq Panyutin, Əməkdar məşqçi, Respublika dərəcəli hakim, hakimlər kollegiyasının sədr müavini və para-atletka idman növünün atmalar üzrə məşqçisi, eyni zamanda Suraxanı Gənclər Evinin “İdman Klubu”nun məşqçisi Emil Şahtahtinskiy, Tunisdə keçirilən Dünya qranprisində 1-ci yerin sahibləri, qızıl mükafatçıları Məhərrəm Qasımov, Orxan Qasımov – nüvə atma üzrə, Elmir Cəbrayılov – qaçış üzrə, digər Rayon idmançıları və Rayon gəncləri iştirak ediblər.
Qələbə qazanan para-atletika idmançılarımız üçün Suraxanı Gənclər Evi tərəfindən hazırlanan video çarx təqdim olunub. Daha sonra idmançılarımız öz uğurlarından danışıb, gənclərin suallarını cavablandırıblar.
Sonda isə Gənclər Evində fəaliyyət göstərən “İdman Klubunun” məşqçisi və idmançılarımız Fəxri Fərman və Təşəkkürnamə ilə təltif olunmuşdurlar.

Share: