Türkiyə Qara dənizi Rusiyaya bağladı – Rəsmi

Türkiyə Qara dənizdə Montrö Konvensiyasının bütün müddəalarını Rusiyaya qarşı tətbiq edəcək.

Müstəqil.Az  xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

M. Çavuşoğlu Ukraynadakı vəziyyətin “müharibə”yə çevrildiyini qeyd edərək, ölkəsinin Montrö Konvensiyasının bütün müddəalarını şəffaf şəkildə tətbiq edəcəyini vurğulayıb.

Qeyd edək ki, Montrö Konvensiyası savaş zamanı Türkiyənin savaşda iştirak edən ölkələrin hərbi gəmiləri üçün boğazları bağlaması hüququnu da ehtiva edir.

Müstəqil.Az

Share: