Rusiyanın nüvə silahı hazırlıq vəziyyətinə gətirildi

Fransa bu axşamdan etibarən hava məkanını bütün Rusiya təyyarələri və aviaşirkətləri üçün bağlayır.

Müstəqil.Az xəbər verir ki, bu barədə Fransanın nəqliyyat naziri Jan-Batist Cebbari özünün tvitter hesabında bildirib.

Gərginlik artmaqdadır.  Putin hazırda müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla görüşür. Putin Qərbin aqressiv bəyanatlarına cavab olaraq Müdafiə Nazirliyinə silahlı qüvvələri xüsusi döyüş növbətçiliyi rejiminə keçirməyi əmr edib. Bunun mənası “Nüvə silahlarının hazır vəziyyətə gətirilməsi” deməkdir.

Müstəqil.Az

Share: