Müdafiə Nazirliyinin 4 yüksək rütbəli zabit həbs edildi

Azərbaycanın hüquq-mühafizə orqanları Müdafiə Nazirliyində iri maliyyə dələduzluğun üstünü açıb.

Bununla bağlı Silahlı Qüvvələrin yüksək rütbəli zabitləri tutulub. Bakı Hərbi Məhkəməsinin qərarı ilə Azərbaycan Müdafiə Nazirliyinin Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayramov Bayram Xəlil oğlu həbs edilib. Bakı Hərbi Məhkəməsi bildirir ki, zabit 2 milyon 635 min manat pul mənimsəməkdə ittiham olunur.

Keçirilən əməliyyat tədbirləri nəticəsində hərbi hissənin maliyyə şöbəsinin rəisi Sərkərov Fərahim Fazil oğlu da həbs edilib. Zabit 450 min manatı mənimsəməkdə ittiham olunur. Bundan başqa, Əlizadə Vüsal Ədalət oğlu məhkəmənin qərarı ilə həbs edilib. Zabit 1 milyon 800 min manat mənimsəməkdə ittiham olunur.

Bundan əvvəl Müdafiə Nazirliyinin maliyyə idarəsinin rəisi Rafael Xəlilovun həbsi ilə bağlı xəbər yayılmışdı. Zabit 10 milyon manatı mənimsəməkdə ittiham olunur.

***

Azərbaycan Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi, polkovnik Rafael Hafiz oğlu Xəlilov həbs edilib.

Müstəqil.Az Bakı Hərbi Məhkəməsinə istinadən xəbər verir ki, polkovnik Azərbaycan Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.

Xəlilov 9 milyon 650 min manat mənimsəməkdə ittiham olunur.

Müstəqil.Az

Share: