Kapitan və onun böyük köməkçisi 20 ay həbs cəzasına məhkum edilib

Müstəqil.Az “Seanews.az” -a iatinad edərək xəbər verir ki, 2020-ci ilin iyul ayında “Wakashio” gəmisinin saya oturulması nəticəsində suya 1000 kub ton zəhərli yanacaq axıdılıb və Hind okeanı arxipelaqında ən pis ekoloji fəlakətə səbəb olub.

Gəminin kapitanı Sunil Kumar Nandeşvarın etirafına görə, həmin gün ad günü şənliyi zamanı spirtli içki qəbul edib.

O və kapitanın böyük köməkçisi Hitihanilage Subhoda  Djanendra Tilakapantna “dəniz üzgüçülüyünə təhlükə yaratmaqda” təqsirli biliniblər. Bu iş üzrə keçirilən məhkəmə prosesində hakim deyib: “Məhkəmə hər iki təqsirləndirilən şəxsin özünü təqsirli bildiyini və üzr istəməsini nəzərə alıb. Çıxarılan hökm 20 ay həbs cəzası olub”.

Müstəqil.Az

Share: