MƏNİM ƏZİZ MÜƏLLİMİM 

Enişli-yoxuşlu ömür yolumuzda müxtəlif insanlarla qarşılaşırıq. Yolumuzun üstünə çıxan bu insanlardan bəziləri ömrümüzün sonuna qədər bizim qəlbimizdə, xoş xatirələrimizdə yaşayır. Mənim də heç vaxt unutmadığım belə dəyərli insanlardan biri BDU-da sevimli müəllimim olmuş şair, jurnalist, alim Knyaz Aslandır.

Ali məktəbi bitirdikdən illər sonra Knyaz müəllimi Yazıçılar Birliyinin sonuncu qurultayında gördüm və çox sevindim. Sizcə bir tələbə müəllimini nədən belə çox istəyər ki? Çünki Knyaz müəllim mənim üçün bir insanlıq nümunəsidi. Mənim tələbəlik illərim müxtəlif çətinliklər içində keçib. Yataqxana, bir ayağım redaksiyada, qayğılar, arzular hamısı bir-birinə qarışmışdı. Amma oxumağı elə arzulamışdım ki, 26 yaşında texnikumu bitirib Universitetə daxil olmuşdum. İmtahan zamanı bir tələbə kimi mənim də həyacanım artırdı. Belə bir vaxtda Knyaz müəllimin qayğısını hiss elədim. Bu xeyirxahlıq, alicənablıq qəlbimə naxış saldı. Deyir, bəndəyə təşəkkür etməyən Allaha şükür eləməz. Odur ki, üstündən illər keçsə də, düşünürəm ki, müəllimimə borclu qalmışam, ona olan vəfa borcumu hələ qaytarmamışam.

Dekabrın 25-i əziz, unudulmaz müəllimim Knyaz Aslanın doğum günüdü. Onu ürəkdən təbrik edir, ona möhkəm cansağlığı və uğurlar arzulayıram. Onu da qeyd edim ki, Knyaz Aslanın tərcümeyi-halı çox zəngindi və qazandığı mükafatların sayı-hesabı yoxdu. Odur ki, onun haqqında nəinki bir yazı, böyük bir kitab da yazmaq olar. Ancaq mən bunlardan əvvəl bu kiçik təbrik yazısını yazıb və onu öz şeirləri ilə təbrik etmək istədim. Knyaz müəllimin şeirləri də yadda qalandı. Çünki bu şeirlər ana Vətənə, müqəddəs Şəhidlərimizə, igid əsgərlərimizə həsr edilib. Düşünürəm ki, bir müəllimin tələbəsinə göstərdiyi qayğıkeşlik də vətənpərvərlikdi. Sizcə, elə deyilmi?

Mina Rəşid

 

ŞƏHİDLƏR

 

Şərəfi həmişə ucadan uca,

Vətənin adında yaşar şəhidlər,

Baş əyər ruhuna hər cavan, qoca,

Qəlblərdə çeşmə tək daşar şəhidlər!

 

Odlu güllələrdən baxar güllərə,

Yazar öz adını şanlı illərə,

Qan verib qırmızı qərənfillərə,

Torpağa nəğmələr qoşar şəhidlər!..

 

Atasan, Anasan, ey əziz Vətən,

Yolunda qurbandır, bu baş, bu bədən,

Dostlara arxadır, düşmənə kəfən

Ölməz babalara oxşar şəhidlər!

 

Üz tutub müqəddəs bir ülviyyətə,

Vətənlə yol gedər əbədiyyətə,

Dönər şücaətə, dönər şöhrətə,

Cəsurlar qanında coşar şəhidlər!

 

İgiddir torpağın bağrında bitən,

Adına and içər bu yoldan ötən,

Unutmaz millətim, unutmaz Vətən

Əsrlər, nəsillər aşar şəhidlər!

 

Hər oğul qəlbində haqq daşıyınca,

Var olar Azadlıq haqq yaşayınca,

Vətən yaşayınca, xalq yaşayınca,

Tarixlər boyunca yaşar şəhidlər

Bu millət olunca yaşar şəhidlər!

 

 

GÖZLƏ MƏNİ, GƏLƏCƏYƏM

 

(Аzərbаycаn əsgərinin dilindən)

 

Аy sеvgilim, nişаnımız yubаnır,

Gözlə məni, gələcəyəm, gözlə sən…

Аnа yurdun bizə gəlir gümаnı,

Gözlə məni, gələcəyəm, gözlə sən…

 

Qarı düşmən silahlanıb zəhərlə,

Döyüşürük cəsаrətlə, hünərlə,

Dönəcəyik xoş müjdəli zəfərlə,

Gözlə məni, gələcəyəm, gözlə sən.

 

Zalım yağı hər addımda şər gizlər,

Qan ağlayır bənövşələr, nərgizlər,

Sevən ürək həsrət çəkər, nər gözlər,

Gözlə məni, gələcəyəm, gözlə sən.

 

Əsgərlərin еvlənməyib çохusu,

Ərşə çıхıb subаylаrın yuхusu,

Nə əzizmiş Vətən еşqi, duyğusu,

Gözlə məni, gələcəyəm, gözlə sən.

 

Bir qaladır hər igidin anası,

Bizimlədir anaların duası,

Ay könlümün yol gözləyən sonası,

Gözlə məni, gələcəyəm, gözlə sən.

 

Sеvindirək Хоcаlını, Şuşаnı,

Ucа tutsun Аnа Vətən bаşını,

Qurbаn оlum, sil gözünün yаşını,

Gözlə məni, gələcəyəm, gözlə sən…

 

Аnd içmişik Kоrоğluyа, qılıncа,

Qаyıtmаrıq biz qələbə çаlıncа,

Gələcəyik Qаrаbаğı аlıncа,

Gələcəyəm, gözlə məni, gözlə sən

Gözlə məni, gələcəyəm, gözlə sən.

 

 

QƏLƏBƏ ÇАL, QƏLƏBƏ!

 

İgid əsgər, bu gün qеyrət günüdür,

Dоstа sеvgi, yаdа nifrət günüdür.

Qisаs günü, şərəf, şöhrət günüdür,

Qələbə çаl, qələbə çаl, qələbə!

 

Murоv dаğdаn hаrаy çəkir Kəlbəcər,

Şuşа – nаmus, Lаçın – qеyrət, biz – əsgər,

Qana həris düşmənlərə sinə gər,

Qələbə çаl, qələbə çаl, qələbə!

 

Аzərbаycаn – nur dünyası dünyаdа,

Аzərbaycan – оd içində bir аdа,

Хоcаlını, Zəngilаnı sаl yаdа,

Qələbə çаl, qələbə çаl, qələbə!

 

Bu yurd mənim, Vətən mənim, Yеr mənim,

Murоv mənim, Аrаz mənim, Kür mənim,

Qarabağ tək inci mənim, dürr mənim,

Qələbə çаl, qələbə çаl, qələbə!

 

Аzаd оlsun, аbаd оlsun tоrpаğım,

Şad yaşasın ana yurdum, оylаğım,

Хаnkəndində dаlğаlаnsın bаyrаğım,

Qələbə çаl, qələbə çаl, qələbə!

Qələbə çаl, qələbə çаl, qələbə!

Knyaz Aslan

 

 

Share: