Ermənistan aeroportunda bomba həyəcanı

Bu gün İrəvanın Zvartnots hava limanında partlayıcı qurğunun olması barədə fövqəladə hallar orqanlarına məlumat verilib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, hadisə yerinə yanğınsöndürənlər, istehkamçılar, psixoloqlar və xüsusi xilasetmə dəstələri göndərilib.

 

Partlayıcı qurğunun axtarışı davam edir.

 

Müsstəqil.az

Share: