Türkiyəsiz heç bir problem həll oluna bilməz – Baleta

Təkcə Balkanlarda deyil, geostrateji böhranlarda da Türkiyəsiz heç bir problem həll oluna bilməz.

Müstəqil.Az xəbər verir ki, bunu Albaniyanın BMT-dəki keçmiş nümayəndəsi Abdi Baleta deyib.

Diplomat Türkiyə faktorunu nəzərə almadan geostrateji “zəlzələlər” bölgəsində heç bir dəyişikliyin olmayacağını vurğulayıb.

“Hara getsəniz, “albanam” dediyiniz zaman qapıları açılan yeganə yer Türkiyədir. Bu, tərəflərin səmimiyyəti və ortaqlığıdır. Türkiyə ilə Albaniyanın ortaq maraqları var və bu, dostluğun əsasını təşkil edir”, – Baleta söyləyib.

Prezident Rəcəb Tayyib Ərdoğana və onun rəhbərliyi altında Türkiyənin güclənməsinə işarə edən Baleta deyib:

“Türkiyə gücləndikcə onun siyasətinə simpatiya duyuram. Prezident Ərdoğan Türkiyənin rolunu gücləndirdi. “Çevriliş cəhdini (15 iyul çevrilişə cəhd günü – red.) dəf edərsə, Türkiyə tarixində Atatürkdən sonra ən önəmli şəxs olacaq” deyə fikirlərimi bölüşmüşdüm”.

Pərviz Həsənov

Share: