Jurnalist informasiya mənbələrini hansı halda açıqlamalıdır?

Azərbaycanda redaktor və jurnalistlərə informasiyanın mənbəyinin hansı hallarda açıqlamalarına dair tələblər müəyyənləşib.

Müstəqil.Az  xəbər verir ki, bu, “Media haqqında” yeni qanun layihəsində əksini tapıb.

Məsul redaktor və ya jurnalist aşağıdakı hallarda məhkəmənin qərarı ilə öz informasiya mənbəyini açıqlamalıdır:

1. insan həyatının müdafiəsi üçün;

2. ağır və xüsusilə ağır cinayətlərin qarşısını almaq üçün;

3. ağır və xüsusilə ağır cinayət törətməkdə təqsirləndirilən şəxsin müdafiəsi üçün.

Müstəqil.Az

Share: