“MSC” şirkəti “Maersk”-i üstələyə biləcəkmi?

Müstəqil.Az “Seanews.az” -a istinad edərək xəbər verir ki, “VesselsValue hesablamalarına görə, hər iki şirkətin sifariş qovluğu təxminən eyni qalınlıqdadır. “Maersk”-in ümumi tutumu 130,1 min TEU olan cəmi doqquz sifarişli konteyner gəmisi (səkkiz “Yeni Panamax” və bir “Sub-Panamax”) var.  “MSC-nin sifariş qovluğuna dörd ultra böyük konteyner gəmisi və ümumi tutumu 128,400 TEU olan iki “Yeni Panamax” tipli gəmi daxildir.

“MSC” artıq 248 gəmi ilə sayca ən böyük konteyner gəmisi sahibidir. Onların orta yaşı 16 ildir.

“Maersk”-in donanması 210 konteyner gəmisindən ibarətdir və gəmilərin orta yaşı 11 ildir.

Bununla belə, “Maersk” şirkəti konteyner gəmilərinin ümumi dəyərinə görə  birinci yerdədir – təxminən 21,8 milyard dollar. Bu, “Maersk”-in gəmilərinin “MSC”-nin gəmilərindən orta hesabla beş yaş kiçik olması və ümumi tutumunun bir qədər yüksək olması ilə izah olunur.

Müstəqil.Az

Share: