Şahdağa istirahətə gedən məktəblilər dəhşət yaşadı – ÖLƏN VAR (TƏFƏRRÜAT)

Dekabrın 5-də Qusar rayonu Ləzə kəndində – Şahdağ zirvəsinin yaxınlığında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Publika.az xəbər verir ki, dağlıq əraziyə istirahətə gedən 2008-ci il təvəllüdlü Rüstəmli Nihad Niyaz oğlu qayadan yıxılaraq ölüb.

Bildirilib ki, orta məktəb şagirdi olan Nihad məktəbli dostları ilə birgə Şahdağa istirahətə gedib. Bu məqsədlə onlar avtobus icarəyə götürüblər və Bakıdan Qusara yola düşüblər. Qarlı-şaxtalı havada dağlıq ərazidə dostları ilə birlikdə şəkil çəkdirən N.Rüstəmli daha sonra hündürlüyü 50 metrdən çox olan qayanın üstünə çıxaraq selfi çəkdirmək istəyib. Bu zaman onun ayağı şaxtanın da səbəb olduğu sürüşkənlik səbəbindən sürüşüb və 13 yaşlı oğlan qayadan yıxılıb. O, hadisə yerində vəfat edib.

N.Rüstəmlinin meyiti ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Share: