Begemotlar da koronavirusa yoluxdu

Belçikanın Antverpen şəhərindəki zooparkda 2 begemot koronavirusa yoluxub.

Müstəqil.Az Axar.az -a istinad edərək xəbər verir ki, begemotların COVİD-19 testi müsbət çıxıb.

Onların virusa necə yoluxduğu hələlik məlum olmasa da, heyvanların karantinə alındığı açıqlanıb.

Qeyd olunub ki, bu, dünyada begemotlar arasında ilk koronavirusa yoluxma hadisəsidir. Dünyada bu virus daha çox böyük meymunlarda və pişiklərdə müşahidə olunub.

Aytəkin Qardaşova

Share: