Olacaqlar olacaqlar… Əkbər QOŞALI yazdı

10 noyabr 2020-ci il tarixli (Azərbaycan, Rusiya, Ermənistan) Üçtərəfli Bəyanatın(ın) imzalanmasından 1il ötdü.

Bu Bəyanat Azərbaycanın qalibiyyətinin, Ermənistanın məğlubiyyətinin ifadəsdir. 27-30 il içində özünü üstün tərəf kimi göstərən, qalib ədasından başı gicəllənən Ermənistan həqiqətlələrlə üzləsməyə məcbur oldu.

Bu tarixi ədaləti Azərbaycan Dəmir Yumruğu yaratdi, əlbəttə. Təsəvvür edin: Ağdamın daşını daş üstə qoymayan, Kəlbəcərə öz valideyninin məzarını ziyarətə gedən insanları girov götürüb, “cəza kəsən”, Kəlbəcər in, Laçının öz əsl sahibinə qaytarılmasını ağlına sığışdıra bilməyən Ermənistan (dünya erməniliyi), bu Bəyanata uyğun öhdəlik götürüb, Ağdam, Kəlbəcər, Laçından cəhənnəm oldu. Bu rayonları unitaz daşıyaraq, evləri yandırıb, heyvanları öldürüb, ağacları kəsərək, bir sözlə, Tanrının, insanın yaratdığı hər şeyə asi kəsilib, cəhənnəm oldular… O biri rayonlarımizdan müharibənin gedişində iti qovan kimi qovmuşduq, bu üç rayondansa, itdən betər xislətlərini özləri nümayiş etdirirərək çəkildilər. Dəmir Yumruğun kəraməti erməninin iç üzünü dünyaya əyani göstərdi.
Biz əlbəttə, o üç rayonumuzu da hərbi yolla azad edəcəkdik, bu şübhəsizdir, lakin o da şübhəsizdi ki, itkilərimiz artacaq, vaxt uzanacaq, hesablanmadıq nəsnələr peyda ola biləcəkdi…
Bir əsgərimizin bir telinə bütün düşmən ordusu qurban olsun.
Baxmayın, indi oyunpozduluq etməyə çalışır, üc rayonumuzdan çəkilən uğursuz dövlət Zəngəzur dəhlizinə də ortam yaradacaq: başqa yolu yoxdur!
Üçtərəfli Bəyanatdan irəli gələn digər məsələlər də gec-tez yerinə yetiriləcək: Azərbaycanın səbri genişdir, amma sonsuz deyil- bunu kim bilməsə də, Ermənistan hərbi-siyasi rəhbərliyi qəşəng bilməlidir.
Ermənistanın öz kapitulyasiyası ilə razı olmayıb da, əvəzçıxmağa çalışsa, bu, intihar demək olacaq, olsun! Rəhmətlik şair Şaiq Vəli həncəri deyirdi? –
 
Oldu, deyilənlər oldu,
Olacaqlar olacaqlar!
Soldu, açıldı gül… soldu,
Solacaqlar solacaqlar.
 
Almazlar almaz kamını,
Fələk söndürər şamını…
Haqdan dolan eşq camını
Alacaqlar alacaqlar!
 
Daş olacaq daş olacaq!
Quş olacaq quş olacaq!
Boşalacaq boşalacaq,
Dolacaqlar dolacaqlar.
 
Bitəcəklər bitəcəklər,
İtəcəklər itəcəklər!
Gedəcəklər gedəcəklər,
Qalacaqlar qalacaqlar!
 
Ağla, gülməzlər gülməzlər,
Öl! Ölməzlər ölməzlər…
Məni bilməzlər bilməzlər,
Biləcəklər biləcəklər!
(“Olacaqlar olacaqlar”)…
 
Share: