Tofiq Bayramın oğlu koronavirusdan vəfat etdi

Azərbaycanın mərhum şairi Tofiq Bayramın oğlu Cavanşir Bayramov vəfat edib.
Müstəqil.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, o, ötən gün koronavirusdan dünyasını dəyişib.
Qeyd edək ki, Cavanşir Bayramov Tofiq Bayramın ortancıl oğlu idi. Şairin böyük oğlu Zakir Bayramov isə 2004-cü ildə dünyasını dəyişib.
Share: