Şəhid zabitin xanımı ərinin il mərasiminə gedərkən yol qəzasında vəfat etdi – FOTO/VİDEO

Kürdəmir rayonunda şəhid zabitin həyat yolaşının vəfat etdiyi yol qəzasının təfərrüatları məlum olub.

Müstəqil.az Report-a istinadən xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Şüşün kəndindən keçən hissəsində qeydə alınıb.

 

Şəhid zabitin xanımı ərinin il mərasiminə gedərkən yol qəzasında vəfat etdi – FOTO/VİDEO

 

Belə ki, “Ford” markalı minik avtomobilin sürücüsü yolda hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Hadisə zamanı avtomobildə olan 35 yaşlı Ələsgərova Günel İnqilab qızı və 38 yaşlı Tağıyev Emin Ağamir oğlu hadisə yerindəcə dünyasını dəyişib, bir nəfərin isə xəsarət aldığı, Zərdab rayonuna aparıldığı bildirilir.

Ölənlərin meyitləri müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzada vəfat edən 35 yaşlı Günel Ələsgərova Vətən Müharibəsinin şəhidi, mayor Rəhim Hüseynovun həyat yoldaşı olub. Onların 3 azyaşlı övladı qalıb.

Share: