Mənsura Qaçayqızının şəhid polkovnik- leytenant Elzamin Təhməzova həsr etdiyi kitab çap olundu

Müstəqil.Az xəbər verir ki, Mənsurə Qaçayqızının Vətən müharibəsi şəhidi polkovnik- leytenant Tehmezov Elzamin Kamal oğlunun döyüş yolu və həyatından bəhs edən “Şuşanın qoxusu gəlir” adlı kitabı işıq üzü görmüşdür. Kitab ” Elm və təhsil” nəşriyyatında çapdan çıxmışdır.
Kitabda 27 sentyabr 2020- ci ildə başlayan və qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsində qəhrəmanlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə yüksələn (ölümündən sonra) “Vətən ugrunda”, 3-cü dərəcəli “Rəşadət “ordeni , “Suqovuşan uğrunda” medalı ilə təltif olunan polkovnik-leytenant Təhməzov Elzamin Kamal oğlunun keçdiyi döyüş yolu, habelə döyüş yoldaşları, zabit dostları,əsgərləri və doğmalarının onun haqqında xatirələri öz əksini tapmışdır.
Kitabın gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün bir örnək olacağına və hər kəs tərəfindən maraqla qarşılanan inanırıq.
Allah Şəhidlərimizə rəhmət eləsin!
Müəllifə uğur arzulayırıq.
Müstəqil.Az
Puede ser una imagen de 1 persona, pelo y ropa de abrigo
Share: